6 aylıq körpəsini yastıqla boğan ataya cəza verildi

XƏBƏR
17:47
2 Noyabr 2021
507

Bakıda 6 aylıq körpəsini boğaraq öldürən Vüsal Əliyevə hökm oxunub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1992-ci il təvəllüdlü Vüsal Əliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində hadisə zamanı içkili olduğunu, özündə olmadığını deyib.

Qeyd edək ki, V.Əliyev 6 aylıq oğlunun ağlamasına əsəbiləşərək onu yastıqla boğub. Hadisə bu ilin mayında baş verib.

Xəbər lenti