Amnistiya Aktının tətbiqi 4 ay müddətində yekunlaşdırılacaq

XƏBƏR
16:42
2 Noyabr 2021
508

8 Noyabr - Zəfər Günü münasibətilə qəbul olunacaq Amnistiya Aktının tətbiqi müddəti açıqlanıb.

Sabah.az “Report”a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzası ilə parlamentə daxil olan “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərar layihəsində əksini tapıb.

Layihədə qeyd olunub ki, aidiyyəti orqanlar qərar qüvvəyə mindiyi gündən 4 ay müddətində amnistiyanın tətbiqini təmin etməlidir.

Xəbər lenti