Amnistiya layihəsi Milli Məclisə daxil oldu
Milli Məclisdə Amnistiya Aktı qəbul olunacaq.
Sabah.az “Report”a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin imzası ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi qanunverici orqana daxil olub.
Xatırladaq ki, ölkədə sonuncu dəfə amnistiya aktı 2016-cı ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika günü münasibətilə verilib. Həmin Amnistiya aktı 10 min şəxsi əhatə edib. Növbəti Amnistiya aktının isə 15 min nəfərə yaxın şəxsi əhatə edəcəyi gözlənilir.
Daha çox