Vaksin olunan yeniyetmələrin sayı açıqlandı

XƏBƏR
15:16
2 Noyabr 2021
459

Bu günə qədər 439 nəfər yeniyetmə vaksinasiyada iştirak edib.

Sabah.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Onlar arasında hər hansı ağırlaşma, yaxud fəsad qeydə alınmayıb.

Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı  Sağlamlıq Mərkəzində aparılır. Yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda hər iki valideyinin razılığı ilə peyvənd oluna bilərlər.

Xəbər lenti