Azərbaycan tibbi maskalar istehsal edəcək
Azərbaycanda tibbi maska istehsal edəcək müəssisə fəaliyyətə başlayacaq.
Sabah.az xəbər verir ki, bununla bağlı İqtisadiyyat naziri Mikayıl Cabbarov açıqlama verib.
“Tibbi maskalara gəldikdə, addımlar atılıbdır. Biz gözləyirik ki, növbəti həftələr ərzində ölkəmizdə irihəcmli tibbi maskaların istehsalı müəssisəsi fəaliyyətə başlayacaq. Avadanlıqlar alınaraq ölkəyə gətirilib”, - deyə Mikayıl Cabbarov bildirib.
Nazir həmçinin qeyd edib ki, istehlak bazarında tibbi vasitələrə - spirt və tibbi maskaların təchizatında heç bir çətinlik yoxdur.
Daha çox