Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
“Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə tibbi yoxlamanın aparılması Qaydası”nın 12-ci hissəsində dəyişiklik edilib.
Sabah.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, 12-ci hissənin birinci cümləsində “yuxarı səhiyyə orqanına” sözləri Səhiyyə Nazirliyi sözləri ilə əvəz edilib.
Qeyd edək ki, qərara əsasən, yoxlama aparılması ilə əlaqədar tibbi sənədlər (xəstəlik tarixi, həkim-məsləhət komissiyasının rəyinin surəti və s.) istintaq orqanına, prokurora, məhkəməyə və Səhiyyə Nazirliyinə də təqdim ediləcək.
Daha çox