11 yaşlı qızı zorlayan atalığı həbs edildi
Baş Prokurorluq İmişli rayonunda 11 yaşlı ögey qızını zorlamaqda ittiham edilən şəxsin həbs edildiyini açıqlayıb.
Sabah.az xəbər verir ki, Mətbuat xidmətindən verilən məlumata görə, İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı il 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam edir.
Daha çox