27 ildən sonra Ağdamda işıq yanacaq - Video
İşğaldan azad edilən Ağdam rayonunda yaxın müddətdə öz işığımız yanacaq. Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədi ilə cənab Prezidentin tapşırığına uyğun olaraq “Azərenerji” tərəfindən 2 yerdə 110/35/10 kilovoltluq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları tikilir.
Sabah.az xəbər verir ki, digər rayonlardan fərqli olaraq burada iki yerdə 110 kilovoltluq yarımstansiyaların tikilməsi Ağdam ərazisinin böyük olması və rayonda iri həcmli layihələrin gerçəkləşəcəyi nəzərə alınaraq inşa edilir.
Qeyd edək ki, “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarına “Xındırıstan” yarımstansiyasından 35 km məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilib. Demək olar ki, xəttin tarssası tam minalanmış ərazidən keçib və bəzi yerlərdə bir neçə metr enində cığır açılaraq mina təmizləyənlərlə energetiklər paralel şəkildə öz işlərini görüblər. Ən əsası isə yeni çəkilən 35 kilometr məsafəli xəttin və üstəlik Ağcabədidən Xındırıstana qədər 28 kilometr məsafədə 110 kV-luq xətt üzərində ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi üçün 24 damarlı fiber optik kabel çəkilib. Bununla Ağdama təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürmə qabiliyyətli sürətli internet xətti gətirilib.
Daha çox