Bankların, birjaların, sığortaçıların qeydiyyatı rüsumu 300 manata qaldırılır

XƏBƏR
15:45
1 Noyabr 2021
617

Hüquqi şəxslərin dövlət qeydiyyatı və yenidən qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri artırılır.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bankların, birjaların, sığortaçıların, sığorta birlik-brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı üçün rüsum 220 manatdan 300 manata qaldırılır.

Bundan əlavə, kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı üçün rüsum 3 manatdan 5 manata, digər hüquqi şəxslərin qeydiyyatı üçün rüsum 11 manatdan 15 manata, hüquqi şəxslərə qeydiyyat şəhadətnaməsinin dublikatının verilməsi üçün rüsum 2 manatdan 3 manata, sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışların verilməsi üçün (hər səhifəyə görə) – 1 manatdan 2 manata qaldırılır.

Xəbər lenti