Akif Təvəkküloğluna yeni vəzifə verildi

XƏBƏR
11:57
1 Noyabr 2021
1149

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub.

Sabah.az-ın “Report”a istinadən məlumatına görə, bununla bağlı konfederasiyanın sədri Səttar Möhbalıyev əmr imzalayıb.

Əmrə əsasən, Akif Təvəkküloğlu (Nəsirli) qurumun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, A.Təvəkküloğlu uzun müddət AzTV-də çalışıb. Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində işləyib. Son təyinata qədər qanunverici orqanın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində vəzifə tutub.

Xatırladaq ki, AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov bir müddət əvvəl vəfat edib.

Xəbər lenti