Qazaxıstan Azərbaycana uçuşları bərpa edir

XƏBƏR
11:26
1 Noyabr 2021
507

Qazaxıstan Azərbaycanla uçuşları bərpa edir.

Sabah.az “Zakon.kz”yə istinadən xəbər verir ki, “Air Astana” aviaşirkəti Almatı-Bakı reysi üzrə uçuşları noyabrın 7-dən bərpa etməyi planlaşdırır.

Uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri “Embraer Е190-Е2” tipli təyyarə ilə həyata keçiriləcək.

Məlumata əsasən, “Azərbaycan Hava Yolları” da noyabrın 6-dan Almatı-Bakı reysi üzrə uçuşların həyata keçirilməsinə başlamağı planlaşdırır. Uçuşların həftədə bir dəfə - şənbə günləri “А-319” tipli təyyarə ilə həyata keçiriləcəyi gözlənilir.

Xəbər lenti