İntihar etmək istəyən şəxs xilas edildi
Bakıda intihar etmək istəyən şəxs xilas edilib.
Sabah.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsinin pilləkən qəfəsindəki pəncərəyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Daha çox