Qəzaya görə marşrutlar gecikir
Paytaxtın Ziya Bünyadov prospektində baş verən qəza tıxaca və marşrut avtobuslarının gecikməsinə səbəb olub.
Sabah.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda Z.Bünyadov prospekti Ə.Rəcəbli küçəsilə kəsişməsində hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində tıxac müşahidə edilir.
Bununla əlaqədar həmin hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların da hərəkətində çətinliklər yaranıb. Tıxac yol-nəqliyyat hadisəsi səbəbindən yaranıb.
Daha çox