İmişlidə 11 yaşlı qız hamiləlik diaqnozu ilə xəstəxanaya yerləşdirilib
Azərbaycanda 11 yaşlı qız hamilə qalıb.
Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə İmişli rayonunda baş verib. Azyaşlının ailəsi hamiləliklə bağlı xəstəxanaya müraciət edib.
İmişli Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, azyaşlı xəstəxanaya bir neçə gün bundan əvvəl daxil olub. Onun 31 həftəlik hamilə olduğu qeyd edilib.
Respublika Klinik Xəstəxanasının hamiləlik patologiyası şöbəsindən bildirilib ki, uşaq qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib:
"Ananın vəziyyəti yaxşıdır, uşaq isə 30-31 həftəlikdir. Hazırda uşaq neonotologiya şöbəsindədir, vəziyyəti qənaətbəxş deyil".
Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi də başlanılıb.
Daha çox