Türkiyə Respublika Gününü qeyd edir - Fotolar
Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü qeyd olunur.
Sabah.az “NTV”yə istinadən xəbər verir ki, milli bayram münasibətilə Türkiyənin tarixi və mədəni zənginliyi ilə tanınan Kapadokya bölgəsində hava şarları türk bayraqları və Atatürkün posterləri ilə havaya qalxıb.
Səhərin erkən saatlarında başlayan tədbir təqribən 1 saat davam edib.
Yerli və xarici turistlər mənzərəni səmadan izləmək şansına nail olub.
Daha çox