Mətanət İsgəndərlinin nəvələri analarından alındı
Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Aynur Həmidovanın (Canana) əri Kərim Həmidova qarşı boşanma və uşaqların ananın himayəsinə verilməsi iddiası üzrə məhkəmə prosesi keçirilib.
Sabah.az xəbər verir ki, hakim ayrılan cütlüyün 3 övladının qəyyumluğu ilə bağlı qərar verib. Qərara əsasən Tuncay, Ruhlan və Mətanət atada qalıb.
Canana Axşam.az-a açıqlamasında bildirib ki, qərarla bağlı şikayət edəcək:
"Hakim qərar verdi ki, uşaqlar atada qalmalıdır. Mənim uşaqlarımı heç bir psixoloq olmadan dindiriblər. Bu necə ədalətdir? Necə qərar verilə bilər? Onlar körpədir, anadan ayrı necə qalacaqlar? Hər yerə şikayət edəcəyəm, lazım gələrsə, Avropa məhkəməsinə gedib çıxacam".
Canana bildirib ki, dünən baş tutan məhkəmədə uşaqlar atası ilə qalmaq istədiyini deyib:
“Uşaqları öyrədib gətiriblər. Ruhlan deyir, onları seçirəm, mənə "playstation" alacaqlar. Tuncaya deyirəm nə üçün belə qərar verdin? Cavab verir ki, sənə yük olmayım, onlar pulu rahat qazanırlar. Sən isə çox işləməlisən, istəmirəm əziyyət çəkəsən. Pul insan həyatını idarə edir, balanı anadan ayrı salır”.
Daha çox