İngiltərədə yeni doğulan körpədə koronarvirus aşkarlandı
İngiltərədə dünyaya gələn körpəyə edilən kornavirus testinin nəticəsi müsbət çıxıb.
Sabah.az "Haber Global"a istinadən xəbər verir ki, Londondakı bir xəstəxanada sətəlcəm şübhəsi ilə anadan götürülən testin nəticəsində onda Covid-19 olduğu aşkarlanıb. Doğuşdan sonra çıxan cavabların ardınca körpəyə də test edilib və nəticə pozitiv olub.
Hazırda ana və körpə müalicə olunur, lakin körpəyə virusun ana bətnində və ya daha sonra yoluxduğu məlum deyil.
Qeyd edək ki, körpə doğulduğu xəstəxanada müalicə alsa da ananı infeksion xəstəliklərinin müalicəsi aparılan xəstəxanaya köçürüblər.
Daha çox