Qəbul imtahanlarının məzmununa bu məlumatlar salınacaq

XƏBƏR
12:44
27 Oktyabr 2021
553

“Hər ilin dekabrında qəbul proqramı müzakirə olunur. Bu il də həmin proses gedir. Qəbul imtahanlarının məzmununa işğaldan azad edilən ərazilərin tarixi, Azərbaycanın ərazisinin yeni coğrafi bölgüsü ilə bağlı məlumatlar salınacaq”.

Sabah.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə III ixtisas qrupunda bəzi ixtisaslar üzrə imtahan fənlərinin dəyişdirilməsi ilə bağlı keçirdiyi onlayn mətbuat konfransında bildirib.

“Mən əminəm ki, abituriyentlər vətənpərvərdilər. Onlar təkcə rayonların işğal tarixlərini deyil, azad olunan rayonlarımızla bağlı da yaxşı məlumatlıdırlar. İşğaldan azad edilən ərazilərimizlə bağlı yeniliklər də imtahanın məzmununda əks olunacaq”, - M.Abbaszadə bildirib.

Xəbər lenti