Parlament komitələrinin iclasında koronavirusla bağlı vəziyyət müzakirə ediləcək

GÜNDƏM
16:25
14 Mart 2020
68

Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Azərbaycanda koronavirusla bağlı vəziyyət müzakirə ediləcək.

Sabah.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, dinləmə formatında keçiriləcək müzakirələr bazar ertəsi baş tutacaq.

İclasda Səhiyyə Nazirliyi və digər müvafiq qurumların səlahiyyətli nümayəndələri iştirak edəcək.

Koronavirusla bağlı indiyə kimi görülən işlər, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılacaq, müvafiq qurumların bu sahədə gördüyü işlər nəzərdən keçiriləcək.

İclasda koronavirusla bağlı qanun layihəsinin qəbul edilməsinə ehtiyac olub-olmadığı da müzakirə olunacaq.

Xəbər lenti