Blogerin həyat yoldaşı döyülərək ölüb? - Rəsmi açıqlama

ÖLKƏ
13:07
25 Oktyabr 2021
1600

Bloger Ayşən Mirzəyevanın bir həftə öncə nikaha daxil olduğu əri Kamal Namazov vəfat edib. A.Mirzəyeva iddia edib ki, bir neçə gün öncə əri iki nəfər idmançı şəxs tərəfindən döyülüb və ciyərindən xəsarət alıb.

Sabah.az xəbər verir ki, Baş Prokurorluqdan bildirilib ki, paytaxt sakini 1984-cü il təvəllüdlü Kamal Namazovun yaşadığı evdə ölməsi barədə Nəsimi rayon prokurorluğuna məlumat daxil olub.

K.Namazovun ölümünün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilib.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Xəbər lenti