Bakıda tuneldəki qəza tıxac yaratdı - Foto

XƏBƏR
11:33
25 Oktyabr 2021
922

Hazırda Ağa Nemətulla küçəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Sabah.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, bu, küçədən keçən müntəzəm marşrut xətlərinin intervalında ləngimələrə səbəb olub.

Sıxlıq A.Nemətulla küçəsində tuneldə baş verən yol-nəqliyyat hadisəsi səbəbindən yaranıb.

Xəbər lenti