Altı şadlıq sarayının sahibi cərimələndi

XƏBƏR
10:17
25 Oktyabr 2021
859

Lənkəranda 6 şadlıq sarayının sahibi cərimələnib.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon ərazisində təşkil olunan 6 toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Aparılan yoxlamalar zamanı “Amin”, “Ulum, “Starway”, “Boladi”, “Kral” və “Pərvin” şadlıq saraylarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halları müəyyən olunub.

Həmin şadlıq saraylarının sahibləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunublar.

Xəbər lenti