İranda koronavirusla bağlı son statistika - 3 yaşlı uşaq öldü

XƏBƏR
15:33
14 Mart 2020
327

İranda son sutka ərzində koronavirusdan (COVID-19) 97 nəfər ölüb.

Sabah.az İRNA-ya istinadən xəbər verir ki, İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpurun sözlərinə görə, ölkədə ötən sutka ərzində daha 1 365 nəfər yeni koronavirusa yoluxub.

Ümumilikdə İranda Covid-19-dan ölənlərin sayı 611 nəfərə, yoluxanların sayı 12 min 729 nəfərə, sağalanların sayı isə 4 339 nəfərə çatıb.

Qeyd edək ki, İranda koronavirusdan ölənlərin ortalama yaşı 67, yoluxanlarınkı 54-dür. Covid-19 səbəbindən dünyasını dəyişən ən kiçik xəstənin isə 3 yaşı olub. Uşağın leykoz xəstəsi olduğu bildirilib.

Xəbər lenti