İcra başçısı müavinini işdən çıxardı

ÖLKƏ
15:17
14 Mart 2020
205

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev müavinini işdən çıxarıb.

Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon başçısı İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Samir Neymətovu vəzifəsindən azad edib.

Bundan başqa, Köhnə Xudat inzibati ərazi dairəsi üzrə nümayəndə Şölə Mirzəyeva və Qalağan inzibati ərazi dairəsi üzrə nümayəndə Turabova Vahidə yaş həddinə görə vəzifələrindən azad edilib.

Xəbər lenti