İkinci doza vaksin olunmayan taksi sürücüləri cərimələndi - Video

XƏBƏR
17:56
22 Oktyabr 2021
632

Sumqayıtda peyvənd olunmadan taksi fəaliyyəti ilə məşğul olan sürücülərə və avtobuslarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçirilib.

Sabah.az xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, tədbirlər zamanı 50-yə yaxın sürücü və sərnişin cərimə edilib.

Peyvənd olunmadan, yəni 2-ci dozanı qəbul etmədən taksi fəaliyyəti ilə məşğul olan sürücülər saxlanılıblar. Həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb. Taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.

İctimai nəqliyyatda maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbiri görülüb. Sanitar-karantin qaydalarını pozan 50-yə yaxın sürücü və sərnişin barəsində protokol tərtib edilib.

Xəbər lenti