Şəhidin xanımı qəza zamanı sükan arxasında özü olub

ÖLKƏ
13:34
22 Oktyabr 2021
1046

Daxili İşlər Nazirliyi Kürdəmir rayonu ərazisində şəhid Rəhim Hüseynovun xanımı Günel Ələsgərovanın ölümü ilə nəticələnən qəza haqda məlumat yayıb.

Sabah.az xəbər verir ki, rəsmi məlumata görə, hadisə oktyabrın 21-də saat saat 14 radələrində rayonunun Şüşün kəndində qeydə alınıb.

Kürdəmir rayonu ərazisində Bakı şəhər sakini Günel Ələsgərova idarə etdiyi “Ford” markalı avtomobili aşırıb.

Günel Ələsgərova (şəhid Rəhim Hüseynovun arvadı) idarə etdiyi “Ford” markalı avtomobili aşırması nəticəsində özü və sərnişini Emin Tağıyev hadisə yerində ölüblər.

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, mayor Rəhim Hüseynov ötən il oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. O, ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Rəhim Hüseynov və Günel Ələsgərovanın 3 azyaşlı övladı olub.

Xəbər lenti