Ağbənd qəsəbəsinin işğaldan azad edilməsindən bir il ötür

ÖLKƏ
09:10
22 Oktyabr 2021
864

Zəngilan rayonunun Ağbənd qəsəbəsinin düşmən tapdağından azad edilməsindən bir il ötür.

Sabah.az xəbər verir ki, Ağbəndin azadlığına qovuşması ilə 30 ilədək işğal altında olan Azərbaycan-İran dövlət sərhədi tam nəzarətə götürülüb.

Bir il bundan əvvəl - oktyabrın 22-də bir sıra kəndlər də işğaldan azad olunub.

Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri, Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Zəngilan (kənd), Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri də bu qəbildəndir.

Xəbər lenti