Ölən hamilə qadınla bağlı xəstəxanadan açıqlama
Bərdə rayonunda hamilə qadın əməliyyatdan sonra ölüb.
Sabah.az xəbər verir ki, Bərdə Mərkəzi Xəstəxanasından verilən məlumata görə, 1990-cı il təvəllüdlü rayon sakini Hüseynova Naibə Mürvət qızının ölümünə tromboemboliya səbəb olub.
Açıqlamaya görə, gənc qadın dünən axşam saatlarında kəskin qanaxma ilə xəstəxanaya gətirilib. Erkən hamiləlik dövründə olan qadının dərman qəbul edərək hamiləliyi ləğv etmək istədiyi, bundan sonra qanaxma yarandığı məlum olub.
Əməliyyat zamanı onun vəziyyəti kəskin pisləşib və həkimlərin səyinə baxmayaraq N.Hüseynova səhər saatlarında dünyasını dəyişib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Daha çox