Baş Prokurorluqdan Nərmin Quliyevanın qətli ilə bağlı açıqlama

XƏBƏR
15:02
21 Oktyabr 2021
979

Baş Porkurorluq Tovuzda qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham edilən İlkin Süleymanovun məhkəməsindən sonra mediaya verilən açıqlamaya münasibət bildirib.

Sabah.az xəbər verir ki, Mətbuat xidmətindən verilən məlumatda qeyd edilir ki, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə qətlə yetirilmiş azyaşlı Nərmin Quliyevanın qan qrupunun uyğunsuzluğu barədə əsassız məlumatlar yayılıb:

“Bununla bağlı bildiririk ki, istintaq zamanı məhkəmə-tibb, məhkəmə-genetik ekspertizaları təyin edilib və zəruri istintaq hərəkətləri keçirilib.

Odur ki, iş materiallarında hər hansı ziddiyətli hallar mövcud deyil.

Baş Prokurorluq tərəfindən bir daha kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edilərək qeyd edilir ki, məhkəmə istintaqı zamanı dəqiqləşdirilməmiş və ictimaiyyətdə çaşqınlıq yarada biləcək məlumatların yayılması yol verilməzdir”.

Xəbər lenti