Nura Surinin yaşadığı binada yanğın

HADİSƏ
16:48
6 Fevral 2020
74

Xətai rayonu Babək prospektində çoxmərtəbəli binanın 14-cü mərtəbəsində yanğın hadisəsi baş verib.

Sabah.az Axşam.az-a istinadən xəbər verir ki, evi yanan şəxs müğənni Nura Surinin qonşusu olub. Evdən çıxan tüstü yaxınlıqdakı evlərə dolub. Nəticədə müğənninin oğlu Davidin də halı pisləşib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. Alov qısa zamanda söndürülüb. Yanğının Nura Suri, o cümlədən digər vətəndaşların evinə keçməsinin qarşısı alınıb.

Xəbər lenti