Bakı metrosunda qatarların hərəkəti ləngidi

XƏBƏR
15:51
20 Oktyabr 2021
695

“Qara Qarayev” stansiyasından “Neftçilər” stansiyasına hərəkət edən qatara texniki baxış keçirilməsi zərurəti yaranıb.

Sabah.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, “Neftçilər” stansiyasında sərnişinlər düşürülüb və qatar texniki yoxlama məqsədilə stansiya dalanına verilib. Nəticədə, iki qatar arasında 4 dəqiqəyə yaxın yubanma müşahidə olunub. Xəttə ehtiyat qatar verilib.

Xəbər lenti