“Delta”ya yoluxanlarda burun axır, qızdırma olur”

XƏBƏR
15:37
20 Oktyabr 2021
777

“Delta” ştamı qrip və digər infeksiyalar kimi başlayır. Bu ştama yoluxan şəxslərdə burun axır, qızdırma olur və iybilmə-dadbilmə itə bilir”.

Sabah.az xəbər verir ki, bunu COVID-19 peyvəndləri mövzusunda keçirilən canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, bu virusda inkubasiya dövrü daha qısadır. Xəstəlik daha qısa vaxt ərzində proqressivləşir. Yoluxuculuq qabiliyyəti də COVID-19-un digər ştamları ilə müqayisədə daha yüksəkdir.

Xəbər lenti