İtaliyada koronavirusdan ölənlərin sayı artır

XƏBƏR
12:37
14 Mart 2020
139

İtaliyada koronavirusundan (COVİD-19) ölənlərin sayı 1 266 nəfərə çatıb.

Sabah.az TASS-a istinadən xəbər verir ki, Mülki Müdafiə Departamentinin rəhbəri Angelo Borrelli bildirib ki, ölkədə bir sutka ərzində ölənlərin sayı 250 nəfər artıb.

Qeyd edək ki, İtaliyada koronavirusa yoluxanların ümumi sayı 17 min 660 nəfər, ölənlərin sayı 1 266 nəfər, müalicəsi davam etdirilənlərin sayı isə 14 min 955 nəfərdir.

Xəbər lenti