Elnur Əşrəfoğlu dəfn olundu - Fotolar

ÖLKƏ
12:02
20 Oktyabr 2021
1381

Ötən gün koronavirusdan dünyasını dəyişmiş jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu dəfn edilib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, mərhum Saray qəsəbəsindəki qəbiristanlıqda torpağa tapışırlıb.

Dəfndə mərhum yaxınları, jurnalistlər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra “Yeni Klinika”ya köçürülüb. E.Əşrəfoğlu oktyabrın 19-da müalicə olunduğu xəstəxanada vəfat edib.

Xəbər lenti