“Mr No Problem...” - İFJ Elnur Əşrəfoğlu haqqında

XƏBƏR
10:48
20 Oktyabr 2021
815

Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytı dünyasını dəyişən jurnalist Elnur Əşrəfoğlu ilə bağlı yazı paylaşıb.

Sabah.az xəbər verir ki, “Cənab No Problem dünyasını dəyişdi” başlıqlı yazıda E.Əşrəfoğlunun bir jurnalist və Azərbaycan Cüdo Federasiyasının nümayəndəsi kimi fəaliyyətindən ətraflı bəhs edilib.

Yazıda BCF-nin media komandasının üzvü Pedro Lusyenin Elnur haqqında xatirələrinə yer verilib və o, gülərüz, pozitiv insan kimi xarakterizə edilib.

“Yayımla bağlı çətinliklər var... O deyirdi ki, problem yoxdur, həll olunar. Zəif internet var? Problem yoxdur, həll edilər. Otelin restoranı gecə uzun iş rejimindən sonra bağlıdır? O deyirdi ki, problem yoxdur, həll olunar. Elnur həmişə yanımızda olurdu və hər dəfə eyni cavabı verirdi. O, təşkilati işlərlə bağlı yaranan problemləri həll edirdi”, - deyə yazıda bildirilir.

Qeyd edək ki, E.Əşrəfoğlu dünən 47 yaşında COVID-19 xəstəliyindən dünyasını dəyişib.