Azərbaycanda daha 3 nəfər koronavirusdan sağaldı

ÖLKƏ
12:06
14 Mart 2020
161

Koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu müəyyən edilmiş 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sabah.az xəbər verir ki, Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib ki, bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib. Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb.

Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.

Xəbər lenti