İlham Əliyev Valeh Ələsgərovu təltif etdi

XƏBƏR
15:32
19 Oktyabr 2021
624

Prezident İlham Əliyev Valeh Ələsgərov haqqında sərəncam imzalayıb.

Sabah.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Valeh Feyruz oğlu Ələsgərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri Valeh Ələsgərovun bu gün 75 yaşı tamam olur.

Xəbər lenti