Kəlbəcərdə fəhlə faciəvi şəkildə ölüb - Video

HADİSƏ
12:07
19 Oktyabr 2021
1060

Kəlbəcər rayonunun Zar kəndində fəhlə bədbəxt hadisə nəticəsində vəfat edib.

Sabah.az xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, sentyabrın 26-da Kəlbəcər rayonunun Zar kəndində yol çəkilişi zamanı “North West Construction” şirkətinə məxsus ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində ekskavatorun operatoru Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xəbər lenti