“İçərişəhər”dəki muzeylər də bağlandı
İçərişəhərdə fəaliyyət göstərən muzeynlərin fəaliyyəti dayandırılıb.
Sabah.az xəbər verir ki, bu barədə “İçərişəhər” DTMQ İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, COVİD-19 (koronavirus) virusuna qarşı ölkəmizdə aparılan müvafiq profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 13 mart 2020-ci il tarixli bəzi sosial izolyasiya tədbirləri barədə göstərişlərinə əsasə,n İçərişəhərdə yerləşən İdarənin strukturuna daxil bütün muzeylərin fəaliyyəti 14 mart 2020-ci il tarixindən müvəqqəti olaraq dayandırılır.
Daha çox