20 nömrəli məktəb-lisey koronavirusa görə bağlandı

ÖLKƏ
13:34
18 Oktyabr 2021
1232

Paytaxtdakı 20 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Sabah.az xəbər verir ki, BŞTİ-dən verilən məlumata görə, 20 nömrəli məktəb-liseyin 20 şagirdi və 15 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub. Həmçinin COVİD-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 20 nömrəli məktəb-liseydə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Xəbər lenti