Əməkdar jurnalist vəfat etdi

XƏBƏR
13:17
18 Oktyabr 2021
727

Əməkdar jurnalist Tamilla Haşımova vəfat edib.

Sabah.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

T.Haşımova uzun sürən xəstəlikdən sonra Rusiyanın paytaxtı Moskva şəhərində dünyasını dəyişib. Mərhum ötən gün torpağa tapşırılıb.

Qeyd edək ki, T.Haşımova uzun illər Azərbaycan Dövlət televiziyasında müxtəlif vəzifələrdə çalışıb, rus dilində verilişlər hazırlayan “Dostluq” baş redaksiyasına rəhbərlik edib. 2002-ci ildə isə Prezident təqaüdünə layiq görülüb.

Xəbər lenti