Çində daha 11 nəfər koronavirusa yoluxdu

XƏBƏR
09:15
14 Mart 2020
87

Ötən sutka ərzində Çində koronavirusa (COVİD-19) daha 11 nəfər yoluxub, 1 430 nəfər isə sağalaraq evə buraxılıb.

Sabah.az TASS-a istinadən xəbər verir ki, ölkədə son sutka ərzində virusa yoluxanlardan 13 nəfər dünyasını dəyişib.

Məlumata əsasən, Çində koronavirusa yoluxanların ümumi sayı 80 min 824 nəfər, sağalanların sayı 65 min 541 nəfər, ölənlərin sayı isə 3 189 nəfərdir.

Qeyd edək ki, dünyada 130 mindən çox insan koronavirusa yoluxub, onların əksəriyyəti sağalıb, 5 mindən çox xəstə isə dünyasını dəyişib.

Xəbər lenti