Yanğınla bağlı bu yollardan istifadə etməmək tövsiyə olunur

XƏBƏR
11:41
16 Oktyabr 2021
673

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi "Metro City" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədər vətəndaşlara müraciət edib.

Sabah.az xəbər verir ki, İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli paytaxtın Nərimanov rayonun Ağa Nemətulla və Təbriz küçələri istiqamətində baş vermiş yanğın hadisəsi ilə əlaqədar olaraq əraziyə cəlb edilən xüsusi texniki vasitələrin, eləcə də digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə vətəndaşlardan  yollarda hərəkətin müvəqqəti məhdudlaşdırılacağını nəzərə alıb ərazidən istifadə etməməyi xahiş edib:

"Məhdudlaşdırılmış ərazinin açılması ilə əlaqədar vətəndaşlarımıza əlavə məlumat veriləcək. Bir daha vətəndaşlardan xahiş edirik ki, qeyd edilən tədbirlərin təhlükəsiz şəraitdə başa çatması üçün diqqət və anlayış göstərsinlər".

Xəbər lenti