Sahibkarlar mallarını yanğından çıxarmağa çalışır - Fotolar

XƏBƏR
10:35
16 Oktyabr 2021
720

Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonunda yerləşən “Metro City” ticarət mərkəzində yanğın olub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə yerində olan əməkdaşların verdiyi ilkin məlumata görə, ticarət mərkəzində 30-dan çox mağaza fəaliyyət göstərib. Sahibkar deyir ki, hər mağazada ən azı 50-60 min manatlıq malları olub.

Hazırda mağaza sahibləri yerdə qalan mallarını mühafizə etmək məqsədilə obyektlərdən çıxarırlar.