“Metro City” ticarət mərkəzi yanır

ÖLKƏ
09:23
16 Oktyabr 2021
971

Bakının Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Metro City” ticarət mərkəzində yanğın baş verib.

Sabah.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verən ünvana cəlb olunub.

İlkin məlumata görə, ticarət mərkəzində 30-dan çox mağaza fəaliyyət göstərib. Sahibkarların sözlərinə görə, hər mağazada ən azı 50-60 min manatlıq malları olub.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, yanğınla əlaqədar Ağa Nemətulla küçəsindən Təbriz küçəsinə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Ərazidə nəqliyyat sıxlığının yaranmaması üçün zərurət olmadığı halda bu istiqamətdə minik avtomobili ilə hərəkət etməmək tövsiyə edilir.

Xəbər lenti