Eldar Həsənov hospitala köçürüldü

XƏBƏR
17:52
15 Oktyabr 2021
508

Həbsdə olan keçmiş baş prokuror və sabiq səfir Eldar Həsənovun səhhəti pisləşib.

Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, E.Həsənovun qan təzyiqi və ürək döyüntüləri yüksəlib, həkimlər təzyiqi aşağı sala bilməyib. Buna görə də o, saxlanıldığı Dövlət Təhükəsizlik Xidmətinin Təcridxanasından hospitala köçürülüb.

Qeyd edək ki, Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Onun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Sentyabrın 17-də keçirilən məhkəmə prosesində də keçmiş baş prokurorun səhhəti pisləşmiş və o məhkəmədən xərəklə çıxarılmışdı.

Xəbər lenti