“Valideynlər şayiələrə inanmayıb uşaqlarına peyvənd vurdursunlar”

XƏBƏR
15:52
15 Oktyabr 2021
502

“Bizdə övladına peyvənd vurdurmayan ailələr var”.

Sabah.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rəhimov canlı yayımda bildirib.

O qeyd edib ki, bununla bağlı bir çox şayiələr səslənir. Lakin valideynlər onlara çox inanmayıb rəsmi qaynaqlara etimad etməlidirlər.

“Heç bir peyvənd Ümumdünya Səhiyyə Təşkilatının, idxal edilən ölkənin icazəsi olmadan insanlara vurula bilməz. Bununla əlaqəli komitə var, onlar həmin peyvəndləri təsdiqləyirlər. Hər ölkənin sanepidemstansiyası bu prosesə nəzarət edir. Ümumiyyətlə, bütün peyvəndlər vurulmalıdır. Bəşəriyyətin yaşamasında, insanların böyüməsində peyvəndlər mühüm rol oynayır”.

Xəbər lenti