Azərbaycanda yenidoğulmuşlar arasında koronavirusa yoluxanlar var

XƏBƏR
15:50
15 Oktyabr 2021
494

“Azərbaycanda yeni doğulanlar arasında koronavirusa yoluxma halları var”.

Sabah.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rəhimov canlı yayımda bildirib.

O qeyd edib ki, yenidoğulmuşlar arasında COVID-19-u ağır keçirənlərə də rast gəlinir. Lakin uşaqlar böyüklərə nisbətən bu virusu daha yüngül keçirirlər.

Erkin Rəhimovun sözlərinə görə, yenidoğulmuşlar, yəni yaşı birdən aşağı olanlar COVID-19-a qarşı risk qrupuna daxildir.

O qeyd edib ki, koronavirusa yoluxan uşaqlarda daha çox tənəffüs çatışmazlığı problemləri olur:

“Bəzən bu problem elə çox olur ki, süni tənəffüs aparatına qoşulmaq riski ortaya çıxır. Bəzən də uşaqlarda iltihabi proses başlayır. Bu, COVID-19-un fəsadı ilə əlaqəlidir”.

Xəbər lenti