Şəhid Əfqan Həmzəyev dəfn olundu - Fotolar

XƏBƏR
14:18
15 Oktyabr 2021
556

Ötən gün axşam saatlarında qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əfqan Həmzəyev Goranboyda dəfn olunub.

Sabah.az APA-ya istinadən xəbər verir ki, şəhid doğulduğu Borsunlu kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədib. Müdafiə Nazirliyindən verilən xəbərə görə, oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.

Azərbaycan Müdafiə Nazirliyi tərəfindən bu terror təxribat əməlinin araşdırılması üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə sorğu göndərilib.

Xəbər lenti