Xocavənddə qəlpəli top və tank mərmiləri tapıldı - Foto

XƏBƏR
10:45
15 Oktyabr 2021
519

Polis əməkdaşları düşmənin daha bir hərbi mövqeyindən sursat aşkar ediblər.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd rayonu ərazisində düşmənin tərk etdiyi hərbi mövqelərdən xeyli sayda döyüş sursatları aşkar edilib.

Polis əməkdaşları rayonun Məmməddərə kəndi ərazisində daha 28 qəlpəli top və 2 tank mərmisi götürərək aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti